Sahibkarlığın və
Bazar İqtisadiyyatının
İnkişafına Yardım Fondu
| eng | rus |   Bu gün: 7 Sentyabr 2010, Çərşənbə axşamı
TƏRƏFDAŞLAR

Xəbərlər

Xəbərlər


3-5 sentyabr tarixlərində Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq “Azərbaycanın Yeni Turist Marşrutlarını Kəşf Edək” layihəsi həyata keçiriləcək. []

Rusiya qanadlarında sərnişinlər üçün oturacaq yerləri olan yeni təyyarə hazırlayır. []

Rusiyanın aparıcı və ən iri neft müəssisələrindən biri olan “Lukoil” şirkətinin təsisçisi və prezidenti, azərbaycanlı Vahid Ələkbərov postunu tərk etmək niyyətindədir. []

MDB-nin Maliyyə-Bank Şurası, Azərbaycan Beynəlxalq Bankı MDB İcraiyyə Komitəsinin dəstəyi ilə 2010-cu ilin oktyabrın 20-23-də Bakıda MDB ölkələri iştirakçılarının "Maliyyə institutları - MDB iqtisadiyyatının strukturunun modernləşdirilməsinin əsasları" III beynəlxalq Bakı konfransını keçirəcək. []

Azərbaycan ərazisindən Qazaxıstan neftinin "Transxəzər" nəql sistemi "Kaşağan" yatağının mənimsənilməsinə başlanacağı 2012-ci ilin sonları və 2013-cü ilin əvvəllərində işə salınacaq. []

Kapital Bankın Rusiyanın "Stoliçnıy Kredit" Bankı ilə apardığı danışıqlar nəticəsində mövcud proqram təminatı yeniləşdirilib və Moskva şəhərində xidmət məntəqələrinin açılmasına dair müqavilə imzalanıb.

ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) və Rusiyanın qaz inhisarçısı "Qazprom" şirkəti 2011-ci il üçün qazın qiymətinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar aparırlar.

Bu ilin sentyabr ayında Azərbaycan və Rusiya arasında bir neçə iqtisadi sənədin imzalanacağı gözlənilir.

Rusiya hökuməti taxıldan sonra yaxın vaxtlarda taxta ixracına da qadağa qoya bilər.

Rusiyanın aparıcı rabitə operatorlarından biri olan «MTS» şirkəti pərakəndə şəbəkəsinin abunəçilərinə bır sıra MDB ölkələrinə pul köçürmələrini komissiyasız həyata keçirmək imkanı təqdim edib.

Azərbaycan və Gürcüstan telekommunikasiya sahəsində əməkdaşlıq edəcəklər.

Cənubi Qafqaz regionunda ən çox internet istifadəçisi Azərbaycanda, ən az isə Ermənistandadır.

Britaniyanın BP neft şirkəti Robert Dadlinin şirkətin baş direktoru vəzifəsinə təyin edilməsini rəsmən təsdiqləyib.

Azərbaycanın ilk 3G mobil rabitə operatoru olan «Azerfon» şirkəti tender elan edib. Şirkətin baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, tender media xidmətlərinə dair keçirilir.

Azərbaycan prezidenti İlham Əliyev aqrar sahədə dövlət lizinq şirkətlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Polşanın BPS bankı Avropada ilk olaraq insan əlinin barmağının qan damarlarından təyin etmə texnologiyası vasitəsilə müştərinin şəxsiyyətini müəyyən edən biometrik bankomat quraşdırıb.

Azərbaycan Panərəb qaz kəməri layihəsinin reallaşdırılmasına maraq göstərir, - bu barədə çərşənbə günü Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Misirin neft naziri Əmin Sameh Fəhmi ilə görüşü zamanı bildirib.

Yaxın 5-10 il ərzində Misir Azərbaycanla neft sahəsində müqavilələr bağlamağa hazırdır.

Azərbaycanın ilk süni rabitə peykinin orbitə buraxılması layihəsi çərçivəsində raket daşıyıcısı istehsalçısının müəyyənləşdirilməsi üzrə tenderin qalibinin gələn həftənin sonuna kimi müəyyən edilməsi gözlənilir.

Prezident Ilham Əliyev “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair dövlət proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycanın Sumqayıt şəhərindəki Üst Trikotaj Fabriki bazasında yaradılan “İntertekstil” ASC-də aparılan yenidənqurma işləri yekunlaşıb.

Mobil telefon vasitəsilə çox sayda SMS göndərən yeniyetmələr xəstəxanaya düşmək təhlükəsilə üzləşirlər.

ABŞ Federal Aviasiya İdarəsi «Terrafugia Transition» şirkəti tərəfindən istehsal edilmiş və dünyanın ilk «uçan avtomobili»nin istifadəsinə icazə verib.

Böyükşor gölü yaxınlığında yerləşəcək 65 000 tutumlu Bakı Olimpiya stadionu Qafqazda ən böyük stadion olacaq. Bu barədə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin "Əmlak bazarı" jurnalında dərc edilən məlumatında deyilir.

Azərbaycan Prezidenti İlham Əliyev "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Qanunun qüvvəyə minməsi ilə əlaqədar fərman imzalayıb, - məlumatı "AzərTAc" Dövlət Teleqraf Agentliyi yayıb.

Azərbaycan Nəqliyyat Nazirliyi Çexiyanın İxrac Banlkı (Çeşka Exportni Banka A.S.) ilə 215 milyon avro məbləğində çərçivə kredit sazişi imzalayıb.

Azərbaycanda baş vermiş təbii fəlakət nəticəsində 60 min hektara yaxın əkin sahəsi su altında qalıb. Bu barədə bazar ertəsi Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov deyib.  

Azərbaycan Beynəlxalq Bankı (ABB) və Özəl Sektorun İnkişafı Üzrə İslam Korporasiyası bazar ertəsi Bakıda maliyyələşdirmə xəttinin şərtləri haqda saziş imzalayıblar.

Son illərdə Azərbaycanda maliyyə xidməti sənayesinin inkişafı üzrə intensiv işlər aparılır və bu istiqamətdə çox böyük uğurlar əldə edilib, - bazar ertəsi İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli İİB-in Bakıda keçirilmiş "Qlobal stabillik və inteqrasiyaya doğru" V qlobal forumunda deyib.

Bakıda İİB-in islam maliyyələşdirilməsi üzrə V "Qlobal sabitlik və inteqrasiya yollarında" qlobal forumun keçirilməsi İslam İnkişaf Bankının iştirakçısı olan ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafına təkan verəcək, eləcə də görüş çərçivəsində yeni sazişlərin imzalanması imkanlarının müzakirə edilməsinə imkan verəcək.

Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olan ölkələrə xidmətlər üzrə işçi qrupunun ayrıca iclaslarının keçirilməsini təklif edib. Həmin xidmətlər üzrə təkliflər artıq ÜTT Katibliyinə göndərilib.

Türkiyə, Yunanıstan və İtaliya arasında sazişin imzalanması Türkiyə - Yunanıstan - İtaliya qaz kəməri layihəsinin (ITGI) həyata keçirilməsi yolunda böyük addımdır. Çünki sənəd Türkiyə ərazisindən qaz tranziti üçün bazanı müəyyən edir və eləcə də ITGI vasitəsilə yanacağın nəqlinə dair Azərbaycanla qaz müqaviləsinin imzalanmasını tezləşdirir, - "Edison" şirkətinin icraçı vitse-prezidenti Roberto Poti belə hesab edir.

Belarus tərəfi "Şərq-Qərb" transmilli supermagistralının çəkilməsi layihəsində iştiraka maraq göstərir.

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında «Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında» qanuna dəyişikliklərin edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Bu gün Sankt-Peterburq şəhərində (Rusiya) “Peterburq Beynəlxalq İqtisadi Forumu - 2010” işə başlayıb.

Bu ilin əvvəlindən ilk dəfə olaraq Avropa hotelləri qiymətləri aşağı salmağa başlayıb. Turistlər arasında 50 ən populyar Avropa şəhərlərinin 38-də qiymətlər endirilib.

Latviyanın «airBaltic» aviaşirkəti öz sərnişinlərinə təyyarədə qızılgül təklif edir.

Gələn il Avropada təkrar maliyyə böhranının baş verməsi qaçılmazdır.

Azərbaycanın enerji sistemində SKADA/EMS (Energy Management System) layihəsi üzrə işlərin böyük hissəsi yerinə yetirilib. Bu barədə «APA-ECONOMICS»ə “Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib.  

Bu gün Milli Məclisin iqtisadi siyasət komitəsində «Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında» qanuna əlavə və dəyişikliklər haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. 

 Azərbaycan bazarında yeganə yerli “Yaşıl Noxud” istehsalçısı olan “Natural Green Land” fabriki Biləsuvar rayonunda yeni mövsüm istehsalına başlayıb. Bu barədə “APA-ECONOMICS”ə “Azersun Holding”dən məlumat verilib.  

Prezident Mixail Saakaşvilinin rəhbərlik etdiyi hökumət nümayəndə heyətinin Fransaya səfəri gedişində bu gün iki ölkə arasında enerji sahəsində əməkdaşlıq haqda sənəd imzalanacaq.  

Rusiya 2014-cü ildə Soçidə keçiriləcək Olimpiadanın təşkilinə 950 mlrd. rubl (14 mlrd. 151 mln. dollar) xərcləyəcək.  

Mikromaliyyələşdirmə Mərkəzinin (MFC) Qazaxıstanda keçirilən illik konfransında «AccessBank» müştəriləri mühafizə etmək və həddən artıq borclanmasının qarşısını almaq təcrübəsinə görə «Müştərilərin mühafizəkarı» mükafatına layiq görülüb.  

Rusiya ilə Yunanıstan «Cənub axını» layihəsinin Yunanıstan ərazisində həyata keçirilməsi məqsədilə birgə müəssisə yaradacaq.

Gürcüstan yaxın vaxtlarda Bakıda Azərbaycanda Gürcüstan İnvestisiyalarına Yardım üzrə Agentlik açmaq niyyətindədir.

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu (İTİ) fərdi identifikasiya nömrələrinin alqoritmini hazırlayıb. Bu barədə İTİ-nin məlumatında bildirilir.

Azərbaycan iqtisadiyyatı 2009-cu ildə 9,3 faiz iqtisadi artıma nail olub. Bunu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Tbilisidə keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda deyib.

Bakı-Tbilisi-Qars dəmiryolunun inşası layihəsinin həyata keçirilməsi Qərb və Şərq arasında körpünün yaradılmasına imkan verəcək.

Avropanın ITGI (Türkiyə - Yunanıstan - İtaliya) kimi boru kəməri layihələrinin inkişafının saxlanması üçün Azərbaycan qazının həcmi kifayətdir. Bu barədə EurActiv xəbərlər saytı layihənin meneceri Elio Ruceriyə istinadən yazır.

Azərbaycan Beynəlxalq Bankı (ABB) Britaniyanın «EMEA Finance» jurnalının «Best Sustainability Deal» mükafatına layiq görülüb.
  

  1 2 3 4 5 6

Sənədin sonuncu korrektə tarixi: 30/8/2010 - 16:33:40