Sahibkarlığın və
Bazar İqtisadiyyatının
İnkişafına Yardım Fondu
| eng | rus |   Bu gün: 7 Sentyabr 2010, Çərşənbə axşamı
TƏRƏFDAŞLAR

Azərbaycanın magistral qaz kəmərləri ilə nəql etdiyi təbii qazın həcmi artıb
Azərbaycanın magistral qaz kəmərləri ilə nəql etdiyi təbii qazın həcmi artıb
18.02.10
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS.
Cari ilin yanvar ayında Azərbaycanın magistral qaz kəmərləri ilə nəql etdiyi təbii qazın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Bu barədə «APA-ECONOMICS»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yanvar ayında magistral qaz kəmərləri vasitəsilə 1,7 mlrd. kubmetr və ya 2009-cu ilin eyni ayı ilə müqayisədə 10,5% çox qaz nəql edilib.

Nəql edilmiş qazın 27,1%-i Bakı-Tiflis-Ərzurum (Cənubi Qafqaz) boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmər vasitəsilə 466,4 mln. kub-metr qaz ötürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3% azdır.

Qeyd edək ki, Azərbaycan hazırda İran, Rusiya, Türkiyə və Gürcüstana qaz nəql edir. Rusiya və İrana təbii qazın ixracı yanvar ayında başlanıb.

  

  1 ... 199 200 201 ... 271 A

Sənədin sonuncu korrektə tarixi: 19/2/2010 - 14:47:8