Sahibkarlığın və
Bazar İqtisadiyyatının
İnkişafına Yardım Fondu
| eng | rus |   Bu gün: 9 Sentyabr 2010, Cümə axşamı
TƏRƏFDAŞLAR

BMT Azərbaycan hökumətinin TASİM təşəbbüsünə dair qətnamə qəbul edib
BMT Azərbaycan hökumətinin TASİM təşəbbüsünə dair qətnamə qəbul edib
18.02.10
Bakı. Aynur Vəliyeva - APA-ECONOMICS.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 66-cı plenar iclasında Azərbaycan hökuməti tərəfindən irəli sürülmüş Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) təşəbbüsünə həsr olunmuş qətnamə qəbul edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun “APA-ECONOMICS”ə verdiyi məlumata görə, “İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti”nin Cenevrədə keçirilmiş birinci mərhələsində və Tunisdə keçirilmiş ikinci mərhələsində qəbul edilmiş prinsipləri rəhbər tutaraq qəbul edilən qətnamədə region ölkələrinin qloballaşmaqda olan dünya iqtisadiyyatına inteqrasiya prosesində, yoxsulluğun azaldılmasında, iqtisadi artımın təmin edilməsində, sosial inkişafda, qadınların cəmiyyətdə rolunun artırılmasında, tolerantlığın təmin edilməsində və “rəqəmsal uçurum”un aradan qaldırılmasında informasiya-kommunikasiya texnologiyalarının xüsusi rolu qeyd edilərək TASİM layihəsinin BMT tərəfindən dəstəkləndiyi vurğulanır.

Qətnamədə eyni zamanda Azərbaycan Hökumətinin TASİM layihəsinin təşəbbüskarı olması və onun layihənin reallaşması üçün region ölkələrinin bir araya gətirilməsi istiqamətində koordinasiya işlərinin həyata keçirilməsinə hazır olması birmənalı olaraq alqışlanır.

  

  1 ... 198 199 200 ... 271 A

Sənədin sonuncu korrektə tarixi: 19/2/2010 - 14:47:7