Sahibkarlığın və
Bazar İqtisadiyyatının
İnkişafına Yardım Fondu
| eng | rus |   Bu gün: 9 Sentyabr 2010, Cümə axşamı
TƏRƏFDAŞLAR

ABŞ-ın federal büdcəsinin kəsiri getdikcə azalır
ABŞ-ın federal büdcəsinin kəsiri getdikcə azalır
18.02.10
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS.
Bu ilin yanvar ayı ərzində ABŞ-ın federal büdcəsinin kəsiri 42,63 mlrd. dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

Nazirliyin bildirdiyinə görə, bu göstərici analitiklərin proqnozlaşdırdığı 46 mlrd. dollardan yaxşı olub. Bununla yanaşı, 2010-cu ilin kəsiri ötən ilin yanvar ayının göstəricisindən də yaxşıdır. Belə ki, ötən il federal büdcənin kəsiri 63,46 mlrd. dollar təşkil edib. Nəticədə 48,8% artım qeydə alınıb.

Hesabat ayında ABŞ-ın federal büdcəsinin gəlirləri 205,24 mlrd. dollar, xərcləri isə 247,88 mlrd. dollar təşkil edib. Ötən ilin yanvar ayı ilə müqayisədə gəlir 9,2%, xərclər isə 14,4% azalıb

  

  1 ... 197 198 199 ... 271 A

Sənədin sonuncu korrektə tarixi: 19/2/2010 - 14:47:6