Sahibkarlığın və
Bazar İqtisadiyyatının
İnkişafına Yardım Fondu
| eng | rus |   Bu gün: 9 Sentyabr 2010, Cümə axşamı
TƏRƏFDAŞLAR

Mərkəzi və Qərbi Avropanın marketinq mütəxəssisləri qlobal böhranın 2010-cu ildə başa çatmayacağını proqnozlaşdırır
Mərkəzi və Qərbi Avropanın marketinq mütəxəssisləri qlobal böhranın 2010-cu ildə başa çatmayacağını proqnozlaşdırır
18.02.10
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. 
Mərkəzi və Qərbi Avropanın marketinq mütəxəssislərinin son araşdırması son zamanlar mövcud olan iqtisadi təzyiqin qısamüddətli büdcələrin kəsilməsinə, ən əsası isə marketinq yanaşmaların dəyişməsinə gətirib çıxardığını göstərir.

«APA-ECONOMICS»in məlumatına görə, araşdırmalar zamanı müsahibə iştirakçılarının 70%-i qeyri-ənənəvi kanallardan daha səmərəli istifadəyə can atdığı və cəmi 12%-i öz büdcələrini daha çox televiziyaya sərf etməyə üstünlük verdiyi məlum olub.

Bununla belə, Mərkəzi və Qərbi Avropanın istehsalçılarının böyük bir hissəsi öz brendlərinə çox dəyər verir. Belə ki, istehsalçıların 71%-i istehlakçıların yaddaşında brendin həkk olunmasının cari satışlardan daha önəmli olduğunu bildirib.

Xatırladaq ki, «Stamford Global CEE»nin dəstəyi ilə keçirilən bu araşdırma «JWT CEE’s Recovery Index» proqramının bir hissəsidir. Bu layihə ardıcıl olaraq bölgə üzrə davam etdiriləcək.

Müsahibədə iştirak edən Mərkəzi və Qərbi Avropanın marketinq mütəxəssislərinin yalnız 23%-i iqtisadiyyatın bərpasının 2010-cu ildə davam edəcəyinə ümid edir. Əksəriyyət isə iqtisadiyyatdakı vəziyyətin 2011-ci ildə yaxşılaşacağını güman edir.

Qeyd edək ki, JWT tanınmış marketinq kommunikasiya brendlərindəndir. Baş qərargahı Nyu-Yorkda (ABŞ) yerləşən JWT qlobal şəbəkədir və 90 ölkədə 200-dən artıq ofisi mövcuddur.

  

  1 ... 196 197 198 ... 271 A

Sənədin sonuncu korrektə tarixi: 19/2/2010 - 14:47:5