Sahibkarlığın və
Bazar İqtisadiyyatının
İnkişafına Yardım Fondu
| eng | rus |   Bu gün: 7 Sentyabr 2010, Çərşənbə axşamı
TƏRƏFDAŞLAR

Qazaxıstan Bakı-Tiflis-Ceyhan kəməri ilə neft nəqlini dayandırıb
Qazaxıstan Bakı-Tiflis-Ceyhan kəməri ilə neft nəqlini dayandırıb
18.02.10
Bakı. Laçın Sultanova - APA.
Qazaxıstanın “Tengiz” və “Korolevskoe” yataqlarında iş aparan «Tengizşevroyl» şirkəti Bakı-Tiflis-Ceyhan (BTC) neft boru kəməri ilə neft nəqlini dayandırıb.

APA-nın «KAZİNFORM»a istinadən məlumatına görə, şirkətin baş direktoru Todd Levi bildirib ki, buna səbəb Azərbaycan tərəfinin neftin nəqli tariflərini artırması olub.
Amma BTC kəmərinə neft vurulmaması şirkətin hasil etdiyi neftin həcminə təsir etməyib. T.Levinin sözlərinə görə, “Tengiz” neftini dünya bazarına digər marşrutlarla çatdırmaq üçün maksimum səylər göstəriləcək. Neft «Cənub axın», Xəzər boru konsorsiumu və ya dəmir yolu vasitəsilə nəql oluna bilər.

  

  1 ... 195 196 197 ... 271 A

Sənədin sonuncu korrektə tarixi: 19/2/2010 - 14:47:4