Sahibkarlığın və
Bazar İqtisadiyyatının
İnkişafına Yardım Fondu
| eng | rus |   Bu gün: 9 Sentyabr 2010, Cümə axşamı
TƏRƏFDAŞLAR

Beynəlxalq Telekommunikasiya İttifaqı: Bu il mobil rabitə xidmətlərindən istifadə edənlərin sayı 5 milyard nəfərə çatacaq
Beynəlxalq Telekommunikasiya İttifaqı: Bu il mobil rabitə xidmətlərindən istifadə edənlərin sayı 5 milyard nəfərə çatacaq
16.02.10.
Bakı. Aynur Vəliyeva - APA-ECONOMICS.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) proqnozlarına əsasən, bu ilin sonuna kimi 5 milyard insan mobil rabitə xidmətlərindən istifadə edəcək.

«APA-ECONOMICS»in məlumatına görə, BTİ qlobal abunəçi bazasının əsas artımının kasıb ölkələrin payına düşəcəyini bildirir.

“Cybersecurity” internet portalının yaydığı məlumata əsasən, BTİ 2010-cu ilin sonuna kimi genişzolaqlı çıxış istifadəçilərinin sayının 1 milyarda çatacağını proqnozlaşdırır.

Qeyd edək ki, ötən ilin yekunlarına görə, bu göstərici 600 milyon nəfər təşkil edib. Hətta qlobal maliyyə böhranı şəraitində belə biz telekommunikasiya xidmətlərinə olan tələbatın artımı müşahidə olunub. Ötən ilin sonuna olan statistikaya əsasən, dünya üzrə mobil rabitə istifadəçilərinin sayı təxminən 4,6 milyard nəfər olub.

Bu günlərdə Barselonada keçirilən “Mobile World Congress” tədbirində məruzə ilə çıxış edən BTİ-nin baş katibi Həmadun Ture bildirib ki, BMT xüsusən üçüncü dünya ölkələri üçün işlənib hazırlanmış yeni nəsil mobil servislərin təqdim olunacağını proqnozlaşdırır. H.Turenin fikrincə, bank xidmətlərinə çıxışı olmayan insanlar maliyyə əməliyyatlarını mobil telefonlar vasitəsilə həyata keçirə biləklər.

  

  1 ... 192 193 194 ... 271 A

Sənədin sonuncu korrektə tarixi: 19/2/2010 - 14:47:1