Sahibkarlığın və
Bazar İqtisadiyyatının
İnkişafına Yardım Fondu
| eng | rus |   Bu gün: 9 Sentyabr 2010, Cümə axşamı
TƏRƏFDAŞLAR

Avropa Komissiyası Avropa İttifaqı ölkələrinin büdcəsini yoxlamaq səlahiyyəti istəyir
Avropa Komissiyası Avropa İttifaqı ölkələrinin büdcəsini yoxlamaq səlahiyyəti istəyir
16.02.10
Bakı – APA-ECONOMICS.
Avropa Komissiyası Avropa İttifaqı ölkələrinə müraciət edərək, özü üçün onların dövlət vəsaitlərinin istifadəsini yoxlamaq səlahiyyəti istəyib.

“APA-ECONOMICS”in “Associated Press”ə istinadən məlumatına görə, buna səbəb Yunanıstanın öz iqtisadiyyatı barədə həqiqətəuyğun məlumat verməməsi və bununla da bütün avrozona iqtisadiyyatını iflas həddinə gətirib çıxarmasıdır.

Avropa Komissiyası təmsilçilərinin fikrincə, hökumət statistikasında əks olunan dəqiq məlumatlar Avropa İttifaqında qarşılıqlı etimad üçün zəruridir.

Avropa Komissiyasının təklifi Avropa İttifaqı ölkələri tərəfindən bəyənildikdən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Yunanıstan hazırda avrozonanın “ən zəif bəndi” hesab olunur. Bu ölkənin büdcə problemləri vahid Avropa valyutasına ciddi təsir göstərir. Avropa İttifaqı isə Yunanıstanın problemlərinin həllində qərarsızlıq nümayiş etdirir.

  

  1 ... 191 192 193 ... 271 A

Sənədin sonuncu korrektə tarixi: 19/2/2010 - 14:47:0