Sahibkarlığın və
Bazar İqtisadiyyatının
İnkişafına Yardım Fondu
| eng | rus |   Bu gün: 9 Sentyabr 2010, Cümə axşamı
TƏRƏFDAŞLAR

Azərbaycanda son illər səhiyyə sisteminin büdcə maliyyələşdirilməsi səkkiz dəfə artıb
Azərbaycanda son illər səhiyyə sisteminin büdcə maliyyələşdirilməsi səkkiz dəfə artıb
16.02.10.
Azərbaycan, Bakı /Trend Capital, müxbir Ü.İsmayılova/
Azərbaycanda ildən-ilə səhiyyə sisteminə ayrılan büdcə vəsaiti artırılır.

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin geniş Kollegiya iclasının yekununa dair məlumatında deyilir. 2003-cü ildə səhiyyə ehtiyaclarına 59,0 milyon manat ayrılmışdısa, 2009-cu ildə bu rəqəm 502 milyon manat olmuşdur ki, bu da son beş ildə səhiyyənin büdcəsinin 8 dəfə artması deməkdir. 2008-ci illə müqayisədə 2009-cu ildə səhiyyənin büdcəsi 50%-ə qədər artıb.

Səhiyyədə gedən struktur islahatlar sayəsində uzun illər praktiki fəaliyyət göstərməyən tibb müəssisələrinin bir hissəsinin ixtisarına, çarpayı fondunun azaldılmasına başlanılıb. 2009-cu ildə bu iş başa çatdırılıb. Ən vacib məqamlardan biri odur ki, tibb işçilərinin ixtisarına yol verilməyıb. Respublikanın rayonları üzrə çarpayı fondu 50-55%, stasionarların sayı 50%-dək azaldılıb.

2009-cu ildə 60-dan artıq tibb müəssisəsinin tikintisi, əsaslı təmiri və yenidən qurulması işləri həyata keçirilib. Qəbul olunmuş proqramların həyata keçirilməsi ötən il də uğurla davam etdirilib və bu proqramlara 2008-ci ildə 47, 2009-cu ildə isə 50 milyon manat vəsait ayrılıb. 2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə əlaqədar görülən qabaqlayıcı tədbirlər nəticəsində ana və uşaq ölümü göstəriciləri azalıb. Belə ki, 2008-ci ildə uşaq ölümü göstəricisi 12,0 promilli olubsa, 2009-cu ildə bu göstərici 11,4-də enib. Ana ölümü əmsalı isə (100 min diridoğulana) müvafiq olaraq 26,1-dən 24,3-ə enib.

"Şəkərli diabet üzrə Dövlət Proqramı" çərçivəsində aparılan tədbirlər nəticəsində şəkərli diabet xəstəliyindən ölənlərin sayı 21,7-dən 9,2-yə (hər 100 min nəfər əhaliyə) enib. Talassemiya xəstəliyindən ölənlərin sayı 2003-cü ildə mütləq rəqəm 73 olubsa, 2009-cu ildə bu rəqəm 21-ə enib.

2009-cu ildə qida zəhərlənmələri 40 faiz azaldılıb.

Aparılmış tədbirlər nəticəsində A/H1N1 virusunun ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədi ilə Taun Əleyhinə Stansiyanın laboratoriyasında 2772 laborator müayinə aparılıb və 14 nəfərin bu virusa yoluxması təsdiq edilib. Bütün xəstələr sağalaraq evə buraxılıb. Bundan əlavə ÜST tərəfindən ayrılmış yüksək keyfiyyətli vaksinlə əhalinin risk qruplarının immunlaşdırılması tədbirlərinə başlanılıb.

İclasın sonunda səhiyyə naziri Oqtay Şirəliyev son illər ərzində görülmüş işlərin təqdirəlayiq olduğunu bildirib, həmçinin səhiyyədə olan bütün nöqsanların aradan qaldırılması, bu sahədə hələ görüləcək işlərin çox olduğunu vurğulayıb.

  

  1 ... 190 191 192 ... 271 A

Sənədin sonuncu korrektə tarixi: 19/2/2010 - 14:46:59