Sahibkarlığın və
Bazar İqtisadiyyatının
İnkişafına Yardım Fondu
| eng | rus |   Bu gün: 7 Sentyabr 2010, Çərşənbə axşamı
TƏRƏFDAŞLAR

Azərbaycanın Təhsil Nazirliyi Elektron təhsil resurslarının qiymətləndirilməsi üzrə Şuranın fəaliyyət istiqamətlərini müəyyən edib
Azərbaycanın Təhsil Nazirliyi Elektron təhsil resurslarının qiymətləndirilməsi üzrə Şuranın fəaliyyət istiqamətlərini müəyyən edib
10.02.10.
Azərbaycan, Bakıl /Trend Capital, müxbir H.Vəliyev/
Azərbaycanın Təhsil Nazirliyi Elekton təhsil resurslarının qiymətləndirilməsi üzrə Şuranın fəaliyyət istiqamətlərini müəyyən edib. Bu barədə nazirliyin məlumatında deyilir.


Nazirliyin qərarına görə, şuranın fəaliyyəti nazirlik yanındda fəaliyyət göstərən Təhsil sisteminin informasiyalaşdırılması İdarəsi ilə uyğunlaşdırılacaq.

"2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində yaradılmış şuranın əsas məqsədi elektron təhsil resurslarının beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, bu resursların təhsil portalında yerləşdirilməsi və onların daha səmərəli istifadəsidir.

Elektron resurslarının qiymətləndirilməsi üzrə Şura öz fəaliyyətində beynəxalq təcrübədən geniş istifadə edəcək.

Şuranın tərkibinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Kibernetika İnstitutunun, "Mədəd" Humanitar Təşkilatının, "Azedunet" təşkilatının və "Microsoft Azerbaijan" şirkətinin, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri və müəllimlər daxildir.

  

  1 ... 189 190 191 ... 271 A

Sənədin sonuncu korrektə tarixi: 19/2/2010 - 14:46:58