Sahibkarlığın və
Bazar İqtisadiyyatının
İnkişafına Yardım Fondu
| eng | rus |   Bu gün: 9 Sentyabr 2010, Cümə axşamı
TƏRƏFDAŞLAR

Çin avtomobil bazarı dünya avtomobil sənayesində rekorda imza atıb
Çin avtomobil bazarı dünya avtomobil sənayesində rekorda imza atıb
10.02.10.
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS.
Bu ilin yanvar ayı ərzində Çin avtomobil bazarında dünya avtomobil sənayesində avtomobillərin satışına görə aylıq rekord göstərici qeydə alınıb.

«APA-ECONOMICS»in Çin Avtomobil Sənayesi Assosiasiyasına istinadən məlumatına görə, ötən ay Çində 1,66 mln. ədəd avtomobil realizə olunub ki, 2009-cu ilin yanvar ayı ilə müqayisədə bu göstərici 2,3 dəfə artıb (ötən il Çində 735,5 min ədəd avtomobil satılıb).

Hesabat ayında Çində satılan minik avtomobillərinin həcmi 15,5% artaraq 1,32 mln. ədədə çatıb. Ötən ilin dekabr ayı ilə müqayisədə isə Çində realizə olunan avtomobillərin həcmi 20% artıb.

Mütəxəssislərin fikrincə, Çin avtomobil bazarında satış həcminin 2010-cu ildə tədricən azalacağına baxmayaraq, ölkədə yüksək göstəricilər müşahidə olunacaq. Bu göstəricinin 10%-ə bərabər olacağı proqnozlaşdırılır.

  

  1 ... 188 189 190 ... 271 A

Sənədin sonuncu korrektə tarixi: 19/2/2010 - 14:46:57